• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Keşikçidağla bağlı Tiflisdən açıqlama

GÜNDƏM

21 Oktyabr 2022 | 19:03 | Müəllif: Subhan Mahmudov

Keşikçidağla bağlı Tiflisdən açıqlama

Keşikçidağ məsələsi müvafiq komissiyanın fəaliyyəti çərçivəsində həllini tapacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.

O, Gürcüstan və Azərbaycanın dinamik əlaqələrə malik iki strateji tərəfdaş ölkə olduğunu vurğulayıb:

“Hazırda bizim iki ölkə arasında əlaqələrimiz çox dinamikdir. Biz hər iki ölkənin bir-birinə doğru atdığı addımları yüksək qiymətləndiririk. Qareci (Keşikçidağ-red.) məsələsinə gəldikdə isə, bunun konkret yeri var, müvafiq komissiya çərçivəsində bu məsələ həllini tapacaq. Biz azərbaycanlı tərəfdaşlarımızla bu istiqamətdə ünsiyyəti və məsləhətləşmələri davam etdirəcəyik”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026