Azərbacyanın ən böyük ixracatçı şirkətlərindən biri olan “Global Export Fruits” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, Maliyyə Nazirliyi sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 430-cu maddəsi əsasən protokol tərtib edərək Sabunçu Rayon Məhkəməsinə göndərib.
İşə hakim Nigar İmanova baxacaq.
İXM-nin 430-cu maddəsi məcburi auditdən yayınma ilə bağlıdır.
Belə ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqində (ilk onluqda) “Global Export Fruits” MMC də var.
İbRa
















