• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mərkəzi Bank bu şirkətləri CƏRİMƏLƏYİR 

GÜNDƏM

14 Dekabr 2022 | 10:56

Mərkəzi Bank bu şirkətləri CƏRİMƏLƏYİR

Azərbaycan Mərkəzi Bankı (AMB) bir qrup şirkəti cərimələyir.

Bakıvaxtı.az xəbər verir ki, AMB “MAZZO” MMC, “SION GROUP” MMC, “DONAT” MMC, "TORQOVIY DOM" MMC, "FAIRMONT LTD" MMC, “Schenker Azərbaycan” MMC və "BEXIMCO BAKU" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib.

Protokollar baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. 

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026