Cari ilin dekabr ayı ərzində üç yerli icra hakimiyyətinin dövlət satınalınması ilə bağlı elan etdiyi müsabiqə ləğv edilib.
Bakıvaxtı.az dövlət satınalamları ilə bağlı müsabiqənin ləğv edilmə səbəbini öyrənib.
Tovuz Rayon İcra Hakimiyyətinin Tovuz rayonuda abadlıq işləri ilə bağlı təkliflər sorğusu texniki səhvlərə görə ləğv edilib.
Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi əkin materialları üzrə kotirovka sorğusu “Dövlət satınalmalar haqqında” qanunun 11.2-ci bəndinə əsasən iddiaçı sayı üçdən az olduğu üçün ləğv olunur.
Şirvan Şəhər İcra Hakimiyyəti maşın və avadanlıqların satın alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə, müsabiqənin tamamlanması mümkün deyil.
Ramid İbrahimov













jpg-1674807168.webp)


