• Bakı 20° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Türkiyə XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pislədi

Gündəm

27 Yanvar 2023 | 12:03

Türkiyə XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pislədi

Bu səhər Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, keçmişdə də bənzər hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən anlayır və bölüşür.

“Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, kəsintisiz olaraq davam edəcək”, - bəyanatda vurğulanıb.


SON XƏBƏRLƏR

22 Aprel 2024