“Şuşa Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Qobu poliklinikasının elektriklə təmin edən naqillərdə 08.02.2023-cü il tarixində partlayış baş verib. Bu səbəbdən də poliklinikanı elektriklə təmin edən elektrik naqilləri tamamilə sıradan çıxıb”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib.
Məlumata görə, tibb müəssisəsi tərəfindən müvafiq orqanlara bu barədə məlumat verilib: “Hazırda poliklinikanın elektriklə təmin edilməsi istiqamətində işlərə davam edilir. Poliklinika ilə yaşayış binasının elektrik xətləri fərqli olduğu üçün hazırda yaşayış binasında elektrik təminatı mövcuddur”.
Qeyd edək ki, Qobu poliklinikası fəaliyyətini tam dayandırmayıb. Poliklinikanın əməkdaşları tərəfindən saat 10:00-dan 12:00-a qədər imtiyazlı və təcili dərman preparatlarının vətəndaşlara verilməsi üçün növbəli iş qrafiki əsasında fəaliyyətini davam etdirir.
Əlavə olaraq vətəndaşlar digər xidmətlərlə bağlı Yasamal rayonu, Əsəd Əhmədov 26A ünvanında yerləşən poliklinikaya yaxınlaşa bilərlər.
Ramid İbrahimov






jpg-1679039071.webp)



jpg-1678687540.webp)







