• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Grandmart"dan aldığı çörək burnundan gəldi - FOTOLAR 

GÜNDƏM

21 Fevral 2023 | 12:41

"Grandmart"dan aldığı çörək burnundan gəldi - FOTOLAR

"Grandmart" supermarketlər şəbəkəsini idarə edən "Grand - Mart" MMC-yə məxsus “Qobu-Park” yaşayış kompleksində yerləşən mağazası istehlakçının hüquqlarını pozmaqla yanaşı, onlarının sağlamlığını təhlükəyə atıb.

Bakıvaxtı.az xəbər verir ki, müştəriyə marketdə istifadə müddəti keçmiş qida məhsulu satılıb.

16.02.2023-cü il tarixində istehsal olunan və saxlanma müddəti 72 saat olan “Çörəkçi” çörəyi fevralın 19-da, yəni istifadə müddətindən bir gün keçəndən sonra satılıb.

Bununla da “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini pozub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 94 saylı qərarında vaxtı keçmiş ərzaq məhsullarının satışı qadağan edilir.

Sözügedən məhsul marketdə müştərilərə, nə az, nə çox, 1 manata təklif olunur.

Ramid İbrahimov


"Grandmart"dan aldığı çörək burnundan gəldi - FOTOLAR"Grandmart"dan aldığı çörək burnundan gəldi - FOTOLAR"Grandmart"dan aldığı çörək burnundan gəldi - FOTOLAR"Grandmart"dan aldığı çörək burnundan gəldi - FOTOLAR"Grandmart"dan aldığı çörək burnundan gəldi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026