• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

İranlı diplomatlar səfirlikdən qaçırlar - FOTO - VİDEO

Gündəm

27 Yanvar 2023 | 14:24

İranlı diplomatlar səfirlikdən qaçırlar - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu hücumdan sonra İranın Azərbaycandakı səfirliyinin diplomatları binadan qaçmağa başlayıblar.

Daha əvvəl bir neçə diplomat binadan sənədlərlə birlikdə tez-tələsik qaçıblar.

Hazırda isə səfirliyə məxsus daha bir avtomobil binadan çıxaraq uzaqlaşıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.


SON XƏBƏRLƏR

28 Mart 2024