• Bakı 20° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

"Səfirliyimizə xain hücumun obyektiv araşdırılmasını tələb edirik" - Spiker

GÜNDƏM

27 Yanvar 2023 | 13:55

Səfirliyimizə xain hücumun obyektiv araşdırılmasını tələb edirik - Spiker

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.

Bakıvaxtı.az-ın məlumatına görə, spiker bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını tələb edib.

“Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik", - deyə spiker qeyd edib.

Sahibə Qafarova hücumun qarşısını alarkən şəhid olan Səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.


SON XƏBƏRLƏR

12 May 2025