• Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Tehran ölkəmizə qarşı təhdidi gücləndirir - Deputat

Gündəm

27 Yanvar 2023 | 13:25

Tehran ölkəmizə qarşı təhdidi gücləndirir - Deputat

“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum terror hadisəsi olmaqla yanaşı İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

Deputat bildirib ki, adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə Vyana Konvensiyası daxil olmaqla beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması anlamına gəlir.

Onun sözlərinə görə, son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı təhdidi gücləndirməyə çalışır. Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək gücündədir.

"Bütün bunlar ilə yanaşı, bir müddət öncə Yerevan ilə qardaşlaşan Tehran şəhərində son hadisə “qırmızı xətti”in keçildiyini bir daha təsdiq edir. Allahdan dünyasını dəyişən həmyerlimizə rəhmət, yaralanan səfirlik əməkdaşlarına şəfa diləyirik”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR