• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Bu terrorun məsuliyyəti molla rejiminin üzərinə düşür - Deputat

Gündəm

27 Yanvar 2023 | 13:52

Bu terrorun məsuliyyəti molla rejiminin üzərinə düşür - Deputat

“İranın Tehran şəhərində Azərbaycan səfirliyinə xaincəsinə təşkil edilmiş hücumu şiddətlə qınayıram”.

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, bu terror aksiyasıdır və məsuliyyət bilavasitə molla rejiminin üzərinə düşür:

“Həlak olmuş soydaşımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram. İran hadisənin obyektiv, şəffaf araşdırılmasını təmin etməli və Azərbaycanın hüquq mühafizə orqanlarının istintaqda iştirakına şərait yaratmalıdır. Əks halda, hüquqi müstəvidə beynəlxalq birlik tərəfindən bu ölkənin rəsmən terroru dəstəkləyən dövlət olaraq tanınması istiqamətində ciddi iş aparmalıyıq”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

18 Aprel 2024