• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Bu hücumda İranda Azərbaycana qarşı aparılan təbliğatın rolu böyükdür" 

Gündəm

27 Yanvar 2023 | 12:10

Bu hücumda İranda Azərbaycana qarşı aparılan təbliğatın rolu böyükdür 

“Bütün hallarda Tehranda baş verən hadisələrə görə həm də İran dövləti məsuliyyət daşıyır. Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur: “Ən kiçik təxribatlara belə cəhdin qarşısı qətiyyətlə alınır. İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi.

Burada eyni zamanda, İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır.

Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək yanılır. Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirəm”.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.  

Ramid İbrahimov


SON XƏBƏRLƏR