• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Nazirlik bu şirkətlərə 2 milyon manat ödəyəcək - TENDER

GÜNDƏM

12 Dekabr 2022 | 11:34

Nazirlik bu şirkətlərə 2 milyon manat ödəyəcək - TENDER

İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti bir-birinin ardınca 5 tenderin nəticələrini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderlərin qalibi “AZTEK” MMC, “Data Governance” MMC, “ULTRA TECHNOLOGİES” MMC, “CASPEL” MMC və “İNOVA MÜHƏNDİSLİK VƏ TƏDRİS” MMC olub.

Müvafiq şirkətlərlə 188 min 505 manat dəyərindəki “Qax rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, 580 min 206 manat dəyərindəki “Data Governance” platformasının hazırlanması üzrə məsləhət xidmətlərinin göstərilməsi”, 993 min 659 manat dəyərindəki “Əsas şəbəkə avadanlıqlarının satın alınması”, 610 min 763 manat dəyərindəki “Cisco şəbəkə avadanlıqlarına və sistemlərinə texniki dəstək xidmətinin göstərilməsinin, lisenziyaların və quraşdırma işlərinin görülməsi”nin satın alınması”, 42 min 485 manat dəyərindəki “Nəqliyyat vasitələrinin əsaslı təmiri işlərinin görülməsi”nin satın alınması” ilə bağlı tenderlərə görə müqavilə bağlayıb.

Tenderdə qalib gələn şirkətlərə ümumi olaraq 2 milyon manatdan çox ödəniş ediləcək.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026