Bakı şəhərində hündürmərtəbəli binaların inşası ilə məşğul “City Construction” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Bank “City Construction” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında protokol tərtib olunaraq Yasamal Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Rauf Daşdəmirovun sədrliyilə baxılacaq.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi valyuta tənzimi qaydalarının pozulması ilə bağlıdır.
Belə ki, vans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Dövlət Vergi Xidmətinin məlumat bazasına “City Construction” MMC-nin vergi borcu 226min 717 manatdır. Bu vergi borcu 08.12.2022-ci il tarixinə olan məlumatdır.
Qeyd edək ki, şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emil Əliyev Paşa oğludur.
Ramid İbrahimov
















