• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Bu gün Naxçıvan İran xəfiyyələrilə doludur"

GÜNDƏM

28 Dekabr 2022 | 10:41

"Bu gün Naxçıvan İran xəfiyyələrilə doludur"

"El arasında Naxçıvan "xan"ı adlandırılan Vasif Talıbovun vəzifəsindən uzaqlaşdırılma səbəblərinin spektri çox genişdir. Büdcəni talama və və korrupsiya rəngarəngliyi, saxta ittihamlarla insanları zindanlara və sürgünə düçar edilmə faktları,Naxçıvanda konslager rejimininə bənzər xüsusi idarəetmə sistemininin tətbiqi  və s".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Naxçıvanda ali idarəetmədə dəyişikliklərə münasibət bildirərkən politoloq Züriyə Qarayeva bildirib.

O qeyd edib ki, lakin bütün bunları kölgədə qoyan dövlətçiliyimizə qarşı yönəlik fəaliyyət faktları da üzə çıxmaqdadır: "Kreslo eyforiyası "xan"ı İran, Rusiya və digər ölkələrlə gizli əlaqələr qurmağa vadar edib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun anti-Azərbaycan  addımları haqda onu qeyd etmək lazımdır ki, İran Azərbaycanla sərhəddə ilk təlimi keçirdiyi vaxtdan Naxçıvanda Talıbov tərəfindən anlaşılması mümkün olmayan addımlar atılıb. Bunlarda biri də həmin vaxt bütün MR ərazisində küçələrdə, dövlət idarələrində Azərbaycan bayraqlarının yığışdırılması olub.

Bir günün içərisində hər yerdən bayraqlar yığışılıb. Təkcə mərkəzdəki Bayraq Meydanındakı bayraq saxlanılıb. Təkcə bu deyildi. Həmin təlimdən sonra Naxçıvan ordusunda rütbəni bildirən şevronların qola vurulması da, Azərbaycan ordusundan fərqli şəkildə yerləşdirilib. Sanki Naxçıvan Ordusu tamamilə başqa bir ölkənin ordusu imiş.
Əslində bu gün Naxçıvan İran xəfiyyələri ilə doludur. Bu baxımdan hesab edirəm ki, Naxçıvanın xüsusi statusu ləğv olunmalıdır. Azərbaycan unitar dövlətə çevrilməlidir. Bakıdakı Naxçıvan nümayəndəliyi tarixin arxivinə atılmalıdır".

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026