• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Sığorta şirkətlərində İZDİHAM: "Vətəndaşlar Mərkəzi Banka etibar etmir"

Gündəm

19 Yanvar 2023 | 16:18

Sığorta şirkətlərində İZDİHAM: Vətəndaşlar Mərkəzi Banka etibar etmir

Son zamanlar bəzi sığorta şirkətləri kiçik həcmli mühərriki olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə onlayn icbari sığortadan imtina edirlər.

Avto-icbari sığorta lisenziyasına malik olan bütün şirkətlər bu ilin yanvar ayının 21-dən etibarən icbari avtoməsuliyyət sığortasının onlayn satışını təmin etməlidirlər

Hazırda bu sahədə vəziyyət necədir?

Sığorta eksperti İlkin İbrahimov Bakıvaxtı.az-a bildirib ki, avtomobillərin icbari sığortası ilə bağlı problem 1 ildən çoxdur davam edir.

“Siğorta şirkətləri bildirirlər ki, sığortanın bu növü ilə bağlı onlar zərərlə işləyirlər və buna görə də bəzi avtomobillərlə bağlı müəyyən məhdudiyyətlər qoyublar. Əlbəttə şirkətlərin bu qərarı qanuna ziddir. “İcbari sığortalar haqqında” qanun, Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsi sığorta şirkətlərinin bu qərarını qanunsuz hesab edir. İstənilən icbari sığorta növünü sığortalamaqdan imtina etməyə görə, həm sığorta şirkəti, həm də onun vəzifəli şəxsləri məsuliyyət daşıyırlar”, - deyə İ.İbrahimov bildirib.

O qeyd edib ki, 2022-ci ilin oktaybarın 1-dən Azərbaycan Mərkəzi Bankı bonus sistemilə yanaşı və malus sisteminin tətbiqinə başladı: “Əvvəlki qaydaya görə, bonus sistemi nümunəvi sürücülərə endirim, malus isə intizamsız sürücülər daha yuxarı sığorta haqqı müəyyən edir.

Bizdə bonus sistemi işləyirdi, amma malus sitemi tətbiq olunmurdu. Ötən ilin oktyabrın 1-də bu sistemi tətbiq etdi. Mərkəzi Bankın bu qərarı ilə sığorta şirkətlərinin iddia etdiyi problem həll olunmuş sayıldı. Amma problem qaldı.

Belə ki, Mərkəzi Bank requlyator kimi öz vəzifəsini yerinə yetirə bilmədi.  Mərkəzi Bank sadəcə bəyanat verməklə kifayətləndi. Hər dəfə problem olanda, sorğular veriləndə Mərkəzi Bank deyirdi ki, vətəndaşların onlara müraciət etməyə çağırdılar. Görünən odur ki Mərkəzi Banka vətəndaşlar etibar etmədi, amma şikayətlərini ictimailəşdirdilər. Sığorta şirkətlərinin qarşısında növbələr, izdihamlar yarandı”.

Ekspert deyib ki, Mərkəzi Bankın tələbi əsasında sığorta şirkətləri yanvar ayının 21-dən etibarən avtomobillərin icbari sığortasının onlayn şəkildə həyata keçirilməsini təmin etməlidir: “Bu vaxt tamam olduqdan sonra sığorta şirkətləri bu tələbi icra etməsə, onlara qarşı sanksiyanın tətbir olunacağına söz verib”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

01 May 2024