“Dövlət Gömrük Komitəsində baş verənlərlə bağlı ya rəsmi məlumatlara istinadən şərh verməliyik, ya da qeyri-rəsmi məlumatara görə verdiyimiz şərhi isbat etməliyik”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, rəsmi məlumatlardan belə anlamaq olar ki, Dövlət Gömrük Komitəsinin işinin təşkilində ciddi problemlər var: “Burada köhnədən qurulmuş bir sistem var. Bu sistemi təmizləmək çox vaxt aparır və dövlətin maraqlarına, həmçinin sahibkarlara ciddi zərər vurur, iqtisadiyyatın şəffaflaşması məsələsində ciddi problem yaradır”.
Ekspert deyib ki, Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsi birləşməlidir: “O zaman inzibati xərclər aşağı düşəcək, dövlətin vahid fiskal siyasətini həyata keçirmək mümkün olacaq və lazımsız idarələrin və bürokratik şəxslərin sayı azalacaq, effektiv struktur formalaşmış olacaq. Dünya praktikasına əsasən vergi və gömrük orqanı bir qurumda olur, Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Maliyyənin cəlbi və bölüşdürülməsi bir strukturda olmalıdır. Gömrük sistemi tamamı ilə elektronlaşdırılmalı, şəffaflaşdırılmalıdır. Öncə struktur, sonra isə kadr dəyişikliyi olmalıdır ki məsələlər şəffaflaşdırılmalıdır.
Böyük dövlətlərlə müqayisədə Azərbaycanda dövlət qurumlarının sayı çoxdur. Dövlət qrumları kompakt olmalıdır və mümkün qədər real sektorun işinə az qarışılmalıdır. Nə vaxta kimi bu dəyişiklik olmayacaq, biz bu kimi problemlərlə çox rastlaşacağıq”.
Ramid İbrahimov





jpg-1677145812.webp)


jpg-1676969443.webp)







