• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məmurlar tərəfindən sui-istifadə halları var - Fuad Nəcəfli

GÜNDƏM

28 Dekabr 2022 | 20:37 | Müəllif: Subhan Mahmudov

Məmurlar tərəfindən sui-istifadə halları var - Fuad Nəcəfli

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda olub, sakinlərlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon ictimaiyyətinə çatdırıb.

Dövlət başçısının rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün manelərin yaradıldığını qeyd edib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

F.Nəcəfli görüşdə iştirak edən bütün sakinlərə təşəkkürünü bildirib, problemlərin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR