İqtisadiyyat Nazirliyi “Orta menecerlərin inkişafı proqramı” üzrə təlimlərin təşkili işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsini açlıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” MMC-dir.
Qalibə 22 min 496 manat ödənəcək.
Sözügedən şirkət nazirliyin əməkdaşlarına korrupsiyaya qarşı mübarizə təlimi, “Layihələrin idarəedilməsi” təlimi, risklərin idarəedilməsi təlimi (ümumilikdə 6 mövzuda) keçirəcək.
İbRa
















