• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dövlət Komitəsi deputatın şirkətini CƏRİMƏLƏDİ

GÜNDƏM

24 Oktyabr 2022 | 17:07

Dövlət Komitəsi deputatın şirkətini CƏRİMƏLƏDİ

“AZƏRİ MED” QSC cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “AZƏRİ MED” QSC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib edərək işi Nərimanov Rayon Məhkəməsinə göndərib.

Həmin maddə gömrük nəzarəti zonası rejiminin pozulması ilə bağlıdır.

Belə ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Mediada yayılan və təkzib olunmayan məlumatlara görə, “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med” MMC, “Versal” MMC, “Versal Palace” MMC və “Naturalist” şirkətləri Milli Məclisin deputatı Kəmaləddin Qafarova məxsusdur.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026