Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin bir idarəsinin elan etdiyi tenderdə digər idarəsi qalib elan olunub.
Bakıvaxtı.az xəbər verir ki, Hacıqabul Suvarma Sistemləri İdarəsinin Hacı Həşim Kanalının lildən təmizlənməsi işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderdə Sumqayıt Suvarma Sistemləri İdarəsi qalib gəlib.
Qalibə 33 min 146 maqnat ödənəcək.
Rəsmi məlumata görə, Sumqayıt Suvarma Sistemləri İdarəsinin 11 min 206 manat borcu var.
Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
İbRa
















