• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Nazirlik bu təhsil müəssisələrinə BAXIŞ KEÇİRƏCƏK

GÜNDƏM

22 Noyabr 2022 | 09:11

Nazirlik bu təhsil müəssisələrinə BAXIŞ KEÇİRƏCƏK

Təhsil Nazirliyi kolleclərə və peşə məktəblərinə məxsus daşınar və daşınmaz əmlaka baxışın keçirilməsi və əsas vəsaitlərin qiymətləndirilməsi istəyir.

Bakıvaxtı.az xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi  “Ekspert xidmətlərinin satın alınması” ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi “Açar Qiymətləndirmə Mərkəzi” MMC-dir.

Tender müqaviləsinin şərtlərinə görə, qalib şirkət nazirliyə Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə və Bakı Texniki Kollecinə, həmçinin Astara Pedoqoji Kollecinə, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə, Masallı Dövlət Regional Kollecinə, Qazax Dövlət Sosial-İqtisadi Kollecinə, Sabirabad Dövlət Sosial İqtisadi Kollecinə, Şamaxı Dövlət Regional Kollecinə, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə, Tovuz Dövlət Soaial İqtisadi Kollecinə, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə, Gədəbəy Peşə Liseyinə, Kürdəmir Peşə Liseyinə, Zərdab Peşə Liseyinə, 4 saylı Ağdam Peşə Məktəbinə, Tovuz Peşə Liseyinə, Ağcabədi Peşə Liseyinə, Neftçala Peşə Məktəbinə, 2 saylı Füzuli Peşə Məktəbinə, Cəbrayıl Peşə Məktəbinə, Kəlbəcər Peşə Məktəbinə və Laçın Peşə Məktəbinə məxsus daşınar və daşınmaz əmlaka baxış keçirməli, əsas vəsaitləri qiymətləndirməli, müvafiq mütəxəssis rəylərini təqdim etməlidir.

Bu tenderdə qalib olan şirkətə 271 min 990 manat ödənəcək.

İbRa  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026