Dövlət ali təhsil müəssisəsinin külli miqdarda vergi borcu yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin dövlət büdcəsinə 506 min manat borcu var.
Qeyd edək ki, son 9 ilə yaxın müddətdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olan İbrahim Cəfərov bu ilin sentyabr 6-da vəzifəsindən azad edilib. Bu vəzifəni hazırda Zəfər Qurbanov icra edir.
İbRa















