• Bakı 23° C

    17.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

NATO-nun ölkəmizdə keçirilən kursunun açılış mərasimi oldu 

GÜNDƏM

27 Sentyabr 2022 | 18:38

NATO-nun ölkəmizdə keçirilən kursunun açılış mərasimi oldu 

Sentyabrın 27-də NATO-nun ölkəmizdə keçirilən "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, açılış mərasimində Anım Günü ilə əlaqədar olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursu (OCC E&F Database Training Course) sentyabrın 30-na kimi davam edəcək.


SON XƏBƏRLƏR