• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Əsəblərimizi tarıma çəkən problemdən qurtuluş mümkündürmü? - AÇIQLAMA

Gündəm

27 Sentyabr 2022 | 10:05

Əsəblərimizi tarıma çəkən problemdən qurtuluş mümkündürmü? - AÇIQLAMA

Son zamanlar nəqliyyat vasitələrinin hərəkətində sıxlığın müşahidə olunması sərnişinlərin yenidən narazılığına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, xüsusən Bakı-Sumqayıt avtomobil yolunda tıxaclar əsəbləri tarıma çəkib.

Tıxaclara etiraz edən vətəndaşlardan Tərxan Paşazadə prolamin həlli yolunu da təklif edib.

“Sumqayıtdan-Xırdalan istiqaməti ilə Bakıya gedən günün ilk qatarında (07:45) bu gün sıxlıq daha çox idi. Belə görünür ki, bu sahədə pis günlərimiz başlayıb. “Azərbaycan Dəmir Yolları” tərəfindən müvafiq tədbir görülməzsə, qarşıda daha pis günlər bizi gözləyir”.

Tədbir görmək üçün isə bir neçə variant təklif etmək olar. Məsələn, saat 07:45-dən əvvəl də azı iki qatar olsun (saat 07:15 və 07:30). Hər qatara 2 vaqon əlavə edilsin və biznes vaqonlar ləğv edilsin”, -deyə  T.Paşazadə bildirib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında müşahidə olunan sərnişin sıxlığı  ilə bağlı sorğuya cavab verib.

“Bu istiqamət üzrə qatarlar mövcud qatar parkının sayına uğun olaraq ən qısa intervalla işləyir. Qatarlarda sərnişin sıxlığı əsasən səhər və axşam saatlarında müşahidə edilir. Sərnişin sıxlığı nəzərə alınaraq, gələcəkdə yeni elektrik qatarlarının ölkəyə gətirilməsi istiqamətində işlər görülür.

Xatırladaq ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə istiqamətində, 7-si Bakı-Sumqayıt istiqamətində  hərəkətdədir. 1 qatar isə ehtiyat  qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır”, - deyə “Azərbaycan Dəmir Yolları” bildirib.

Ramid İbrahimov 


SON XƏBƏRLƏR