"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) elan etdiyi tenderə yekun vurub.
Bakıvaxtı.az xəbər verir ki, “Azərsu” ASC-nin daxili vəsaiti hesabına Kipkəc, paranit və araqatının satın alınması" ilə bağlı tenderin qalibi "UNIVERSAL PRO" Qapalı Səhmdar Cəmiyyəti olub.
Qalib şirkətə 361 min 903 manat ödəniləcək.
Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumat bazasına əsasən şirkətin dövlətə 235 min 633 manat vergi bocu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
İbRa
















