“Azerbaijan Poultry Company” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, vətəndaş Hacıyeva Zeynəb Əlisa qızı Bakı Şəhəri Nizami rayon məhkəməsində şirkətə qarşı iddia qaldırıb.
İşə hakim Həqiqət Əhmədovanın sədrliyi ilə baxılacaq.
İşin mahiyyəti əmək mübahisələri üzrə mübahisələrlə bağlıdır.
Qeyd edək ki, "APC" MMC 2012-ci ildə təsis edilmiş və "Mərcan" markası altında yüksək keyfiyyətli toyuq ətinin istehsalı ilə məşğuldur. "Mərcan" toyuq məhsulları Azərbaycan istehlakçılarının ərzaq səbətində əhəmiyyətli yer tutmaqdadır.
Ramid İbrahimov