• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycanda avtomobil zavodu məhkəməlik oldu

Gündəm

03 Avqust 2022 | 12:06

Azərbaycanda avtomobil zavodu məhkəməlik oldu

Dövlət Gömrük Komitəsi (DGK) “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyini cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu şirkət gömrük qaydaları əleyhinə olan inzibati xəta törətməkdə təqsirləndirilir.

DGK “Gəncə Avtomobil Zavodu” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən protokol tərtib edib, Gəncə Şəhər Məhkəməsinə göndərib.

Bu maddəyə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.


 


SON XƏBƏRLƏR

25 Aprel 2024