• Bakı 19° C

    2.67 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Dövlət qurumu 1 milyon manatlıq tenderin nəticəsini AÇIQLADI

GÜNDƏM

03 Avqust 2022 | 17:59

Dövlət qurumu 1 milyon manatlıq tenderin nəticəsini AÇIQLADI

Dövlət Turizm Agentliyi Şəki şəhəri, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinin (2-ci mərhələ) satın alınması ilə bağlı elen etdiyi tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qalib "İsmayıllı Tikinti-27" ASC-dir.

Qalib şirkətə 1 milyon 209 min 634 manat ödənəcək.

Qeyd edək ki, "İsmayıllı Tikinti-27" ASC-nin dövlət büdcəsinə 1232 manat vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinə informasiya sorğusu göndərilib. 

İbRa


SON XƏBƏRLƏR