• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Deputatın rəhbərlik etdiyi təşkilat CƏRİMƏLƏNDİ

Gündəm

04 Avqust 2022 | 12:08

Deputatın rəhbərlik etdiyi təşkilat CƏRİMƏLƏNDİ

Dövlət Yol Polisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı barəsində inzibati protokol tətib edib.

Bakıvaxtı.az
-a daxil olan məlumata görə, buna səbəb təşkilatın xidməti nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi olub.

İttifaq barəsində İnzibati Xətalar Məcəlləsi 347-ci maddəsi əsasında inzibati protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Həmin maddəyə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Milli Məclisin deputatı Səttar Möhbalıyevdir. 

İbRa


SON XƏBƏRLƏR

26 Aprel 2024