• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Azərpoçt"dan məktubların göndərilməməsi ilə bağlı AÇIQLAMA

GÜNDƏM

02 Avqust 2022 | 09:21

"Azərpoçt"dan məktubların göndərilməməsi ilə bağlı AÇIQLAMA

“Azərpoçt” MMC-nin Bərdə Poçt Filialından məktub göndərmək olmur. 

Bakıvaxtı.az xəbər verir ki, bunu vətəndaş Şöhrət Eyvazov sosial şəbəkədə yazıb. 

O 150 min əhalinin yaşadığı rayonda poçt xidmətinin fəaliyyət göstərməməsinə etirazını bildirib. 

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova Bakıvaxtı.az-ın informasiya sorğusuna cavab verib.

"Vətəndaşların nəzərinə çatdırırıq ki, 1 avqust 2022-ci il tarixində Bərdə Poçt Filialında ölkədaxili poçt göndərişlərin qəbulu müvəqqəti olaraq dayandırılıb. Belə ki, göndərişlərin həyata keçirilməsi üçün tətbiq edilən ştrix kodların sifarişinin icrasında texniki problemlər yaranıb. Bu gündən etibarən, qeyd edilən filialda ölkədaxili poçt göndərişlərinin qəbulu bərpa ediləcək. Vətəndaşlardan bunu anlayışla qarşılamalarını xahiş edir və yaranan narahatlığa görə üzr istəyirik!", -deyə A.İbrahimova bildirib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR