• Bakı 19° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Nazirlik dövlətə borcu olan şirkəti qalib elan edib

Gündəm

03 Avqust 2022 | 11:13

Nazirlik dövlətə borcu olan şirkəti qalib elan edib

Mədəniyyət Nazirliyinin bu qurumun müəssisələrində təmir işlərinin davamı olaraq cari təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Bakıvaxtı.az
xəbər verir ki, tenderin qalibi "Koneks Construction" MMC-dir.

Qalib şirkətə 725 min 773 manat ödəniləcək.

Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumat bazasına görə, "Koneks Construction" MMC-nin dövlət büdcəsinə 27 783 manat vergi borc var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

İbRa

 


SON XƏBƏRLƏR