• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Əsgərimizə atəş açılan yerdə Azərbaycan bayrağı dalğalanmalıdır"

Gündəm

03 Avqust 2022 | 12:33

Əsgərimizə atəş açılan yerdə Azərbaycan bayrağı dalğalanmalıdır

"Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən Azərbaycan əsgərinə atəşin açılması qəbuledilməzdir. Belə fəaliyyətin cavabsız qalacağını düşünmürəm". 

Bunu Bakıvaxtı.az-a açıqalmasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert Rusiya Federasiyası sülhməramlıkontingentinin nəzarət etdiyi ərazidən Azərbaycan əsgərinə dəfələrlə atəş açıldığını xatırladaq şəxsi heyətin həyatına təhdidlərin yarandığını vurğulayıb: "Hesab edirəm ki, Azərbaycan əsgərinə atəş açılan ərazilər darmadağın edilməlidir. Atəş açılan mövqedə Azərbaycan bayrağı qaldırılmalıdır. Ermənilərin Laçın dəhlizindən, ümumiyyətlə Laçından çıxarılmasının vaxtı çatıb. Azərbaycan ordusu Azərbaycan ərazisindən çıxarılmalı olan qeyri-qanuni silahlı birləşmələrin həmin ərazilərdən təmizlənməsi prosesinə başlamalıdır".

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Ramid İbrahimov

 


SON XƏBƏRLƏR