• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycan səfirliklərinə terror təhlükəsi: "Səfirlərə tapşırıq verilməlidir"

Gündəm

05 Avqust 2022 | 10:50

Azərbaycan səfirliklərinə terror təhlükəsi: Səfirlərə tapşırıq verilməlidir

"Azərbaycanın bu ölkədəki səfirliyi Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin qarşısında gələcəkdə təhlükəsizlik təminatının lazımi səviyyədə olması məsələsini qaldırmalıdır". 

Bakıvaxtı.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücuma münasibət bildirərkən deyib.  

O qeyd edib ki, radikal ünsürlərin bu hücumunun Azərbaycanda baş verən hadisələrlə əlaqəsi yoxdur: "Onlar özfəaliyyətinə siyasi maraq yaratmaq istəyirlər. Bu baxımdan Azərbaycan səfirliyinin seçilməsi təsadüfdür. Bu, mənim fikrimdir". 

T.Zülfüqarov bildirib ki, Böyük Britaniyanın təhlükəsizlik xidmətinin səfirliklərin təhlükəsizlik təminatında boşluqları var. Səfirliyin təminatçısı diplomatları qəbul edən ölkədir: "Bu baxımdan hadisəyə görə məsuliyyəti Böyük Britaniya dövləti, xüsusən onun təhlükəsizlik xidməti daşıyır. Necə olur ki radikal qruplaşmanın fəaliyyəti əks kəşfiyyatın kantrolu altında saxlanmır". 

Keçmiş nazir deyib ki, Ermənistanla münaqişədə Azərbaycanın diplomatlarına qarşı təhülkələr var. Onlar terror təcrübəsini və ya terror ənənəsini hansısa mərhələdə istifadə edə bilərlər: "Xarici İşlər Nazirliyi təhlükəsizlik məsələsi ilə bağlı səfirliklərə tapşırıq verməlidir. Səfirliklər də olduqları ölkələrdə lazımi görüşlər keçirməlidir". 

Ramid İbrahimov


SON XƏBƏRLƏR

28 Mart 2024