• Bakı 24° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Azəriqaz" qanunu kobud şəkildə pozub

GÜNDƏM

02 Avqust 2022 | 16:59

"Azəriqaz" qanunu kobud şəkildə pozub

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Bakının Lökbatan qəsəbəsinin bir hissəsində əhalinin qazını kəsib. 

Bakıvaxtı.az xəbər verir ki, "Qobu-Park" yaşayış kompleksində bu gün səhər saatlarından əhaliyə xəbərdarlıq etmədən qazın verilişi dayandırılıb.

"Azəriqaz" İB  kommunal xidməti bu saata kimi bərpa etməyib.

Məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinə göndərilən informasiya sorğusuna hələ cavab verilməyib.  

"Azəriqaz"ın Çağrı Mərkəzinə (104/185) edilən zənglər də cavabsız qalıb.

Qeyd edək ki, qanuna görə, müvafiq yazılı xəbərdarlıq edilmədən əhalinin qaz, işıq və istilik sistemlərini kəsmək qadağan edilir.

İnzibati Xətalar Məcəlləsinin 279.0.7-ci maddəsinə görə, qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Ramid İbrahimov
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR