Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səki avtomobil dayanacağına çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, paytaxtın Ceyhun Hacıbəyli küçəsində "Veysəloğlu Qrup" MMC-yə məxsus "Spar" supermarket şəbəkəsinin mağazası tərəfindən piyada səkisi zəbt edilərək qanunsuz parklanma yeri təşkil edib.
Nəticədə səki ilə hərəkət etməli olan piyada supermarketin qarşısına çatdıqda məcbur qalıb yolun hərəkət hissəsinə çıxmalı olur. Bu isə onların həyatına təhlükə yaradır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə və şirkətə sorğu göndərilib.
Ramid İbrahimov


















