• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kartını itirən qazidən banka ETİRAZ - VİDEO 

GÜNDƏM

07 Iyul 2022 | 10:21

Kartını itirən qazidən banka ETİRAZ - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Aprel Döyüşlərinin iştirakçısı, qazi Hikmət Məmmədov "Kapital Bank" ASC-dən şikayətçidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qazi H.Məmmədov sosial şəbəkədə paylaşım edib.

"Kapital Bank"dan aldığım plastik kart itdiyi üçün sözügedən banka müraciət etdim. Bankın əməkdaşına bildirdim ki, plastik kart itdiyi üçün hesabdan pulu çıxarmaq istəyirəm. Bankın əməkdaşı mənə dedi ki, bu əməliyyat üçün 2 faiz xidmət haqqı tutulacaq. Yəni mənim hesabımdan öz pulumu çıxarıb mənə verməyə görə məndən pul alırlar. Bu pul xaricdən mənə göndərilməyib. Özüm qazanmışam", - deyə qazi bildirib.

Məsələ ilə bağlı 03.07.2022-ci il tarixində "Kapital Bank" ASC-ə informasiya sorğusu göndərilib.

İbRa

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026