• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Deputatın qızından jurnalistə ETİRAZ: "YETƏR ARTIQ!"

GÜNDƏM

06 Iyul 2022 | 11:00

Deputatın qızından jurnalistə ETİRAZ: "YETƏR ARTIQ!"

Milli Məclisin deputatı və Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə bağlı tənqidi xəbərlər hazırlayan jurnalistlə bağlı hüquq mühafizə orqanlarına şikayət olunacq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə deputatın qızı və adıçəkilən partiyanın Qadınlar Şurasının sədri G.Ağamalı "facebook" hesabında yazıb.

O, sosial şəbəkə istifadəçilərindən jurnalist Nicat Ocaqlının "facebook" səhifəsini şikayət etməyə çağırıb: "Bu səhifə bağlanmalıdır. Bu insan artıq neçə vaxtdır Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı haqqında yersiz paylaşımlar edir. 19 yaşından Azərbaycanın istiqlalı yolunda yorulmadan fəaliyyət göstərən bir insan üçün bu yolverilməzdir. Hüquq mühafizə orqanlarına bu şəxs barədə şikayət ünvanlayacam. Yetər artıq!"

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026