“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan idarənin elan etdiyi tenderdə bu təşkilatın başqa idarəsi qalib gəlib.
Bakıvaxtı.az xəbər verir ki, ASC-nin Xaçmaz Suvarma Sistemləri İdarəsinin Torpaq məcralı KH-19 kanalının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə təmiri işinin davamının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi ASC-nin Sumqayıt Melioservis İdarəsi qalib gəlib.
Qalibə 153 min 349 manat ödəniləcək.
Ramid İbrahimov
















