• Bakı 15° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Tenderlərin “çempionu” yenə qalib çıxdı: 1 milyon manat aldı

GÜNDƏM

11 May 2022 | 17:58

Tenderlərin “çempionu” yenə qalib çıxdı: 1 milyon manat aldı

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi tenderin qalibi yenə eyni şirkət oldu.

Bakıvaxtı.az bu barədə elektron satınalmalar portalına istinadən xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Hacıqabul Suvarma Sistemləri İdarəsinin keçirdiyi 3 tenderdə qalib yenə “A+H Təmir Tikinti” MMC olub.

Qeyd edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan idarələrin təkcə bu ilin may ayında keçirdiyi 7 tenderin qalibi “A+H Təmir Tikinti” MMC olub. Ümumilikdə, şirkətə 1 milyon 161 min 196 manat ödəniş edilib.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025