“Prinsipcə Azərbaycan Mərkəzi Bankının rəhbəri Elmar Rüstəmovun vəzifədən getməsi çoxdan gözlənilirdi. Ona nə kommersiya bankları və maliyyə sistemi, nə də xalq etibar edib”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov bildirib.
O qeyd edib ki, 2020-ci ildə onu yenidən bu vəzifəyə təyin etmək istəmirdilər: “Sadəcə pandemiya oldu, neftin qiyməti düşdü və yenidən devalvasiya təhlükəsi yarandı deyə onu vəzifədə saxladılar”.
Ramid İbrahimov
















