• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AMEA-da qalmaqal: "Baş direktor qapalı iclasdan çıxarılıb"

GÜNDƏM

10 May 2022 | 12:15

AMEA-da qalmaqal: "Baş direktor qapalı iclasdan çıxarılıb"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda keçirilən qapalı müdafiə iclasa institutun baş direktoru və Müdafiə Şurasının sədri Nadir Məmmədli buraxılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə institutun şöbə müdiri İdris Abbasov bildirib.

"Bu dəqiqə Dilçilik İnstitutunda qapalı müdafiə iclası keçirilir. Guya internet sistemi həmin iclasa institutun baş direktoru Nadir Məmmədlini buraxmaqdan imtina edib. Daha doğrusu, buraxıb və yarımçıq xaric edib. İnternet-sistem bununla kifayətlənməyərək bütün "kənar şəxsləri" xaric edib, özünə lazım bildiyi adamları saxlayıb və iclasın qapalılığını təmin edib. Dilçiliklə bağlı qapalı nə ola bilər?", -deyə İ.AbbAsov bildirilib.

Onun sözlərinə görə, Müdafiə Şurasının sədri, professor Nadir Məmmədlinin iclasdan yarımçıq uzaqlaşdırılması və iclasın qapalılığının təmin edilməsi ciddi müəmmadır: "Onu da deyim ki, qapalılıq institut elmi şurasının mövcudolma şərtinə çevrilib və tarixi bir neçə illər əvvələ gedib çıxır. Həmin qapalı məkanda kimisinə şər atılır, kimisi hədələnir, kimisi söyülür, kimisi təhqir və təhdid olunur, şəbəkə marağına xidmət etməyənlər, dövlətini, millətini sözün həqiqi mənasında sevənlər, cibgirlərə, büdcəgirlərə qoşulmayanlar təqibə və mənəvi-psixoloji təzyiqə məruz qalır və s. Mən o dəhşətlərin bilavasitə şahidi olmuşam. Son dəfə 21 yanvar 2022-ci il tarixdə Ramiz Mehdiyev və İsa Həbibbəylinin tapşırığı ilə həmin bu şura tərəfindən ciddi təhdid olunmuş və şəbəkə tərəfimdən haqqımda gec-tez tədbir görüləcəyi ilə bağlı hədələnmişəm. Səbəb isə onların antidövlət əməllərini tənqid və ifşa etməyim olub. Özlərini kin-küdurətə təslim etmiş bu şəxslər suyu bulandırıb narazılıqları körükləmək və bulanıq suda əməllərin ört-basdır etməyə çalışırlar. Ramiz Mehdiyevin özü olmasa da, qoyduğu xətt uğurla davam etdirilir". 

Ramid İbrahimov 


AMEA-da qalmaqal: "Baş direktor qapalı iclasdan çıxarılıb"
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026