Azərbaycanda kənd təsərrüfatı üzrə fəaliyyət göstərən “AS Aqro CO” MMC dövlət şirkətini məhkəməyə verib.
Bakıvaxtı.az xəbər verir ki, əsasən də istixanalarda tərəvəzçiliklə məşğul olan şirkət “Azəriqaz” İstehsalat Birliyinə qarşıda Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
Elektron məhkəmə sistemində işin mahiyyəti ilə bağlı məlumat verilməyib.
“AS Agro” 2016-cı ildə “AS Group Investment” şirkəti tərəfindən yaradılıb. Baxmayaraq ki nizamnamə kapitalı formal olaraq 100 manat göstərilən bu şirkətin istixana, logistika, soyuducu anbar, aqrar məsləhətçi kimi xidmətlərə sahibdir.
Ramid İbrahimov
















