• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Taleh Kazımov Mərkəzi Bankda görəcəyi işlərdən DANIŞDI

GÜNDƏM

11 Aprel 2022 | 20:36 | Müəllif: Subhan Mahmudov

Taleh Kazımov Mərkəzi Bankda görəcəyi işlərdən DANIŞDI

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi və Taleh Kazımovun Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə qəbul edilməsi məsələsi gündəlikdə olub.

Bakıvaxtı.az xəbər verir ki, iclasda iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib.

Komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə  Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.(qafqazimfo.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026