• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Azəriqaz”dan əhaliyə "NOVRUZ HƏDİYYƏSİ" 

GÜNDƏM

18 Mart 2022 | 11:12

“Azəriqaz”dan əhaliyə "NOVRUZ HƏDİYYƏSİ"

“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı qabağı əhalini məhkəməyə verib.   

Bakıvaxtı.az elektron məhkmə sisteminə istinadən xəbər verir ki, “Azəriqaz” martın 15-də - Torpaq çərşənbəsi günü, martın 16-da və 17-də vətəndaşlara qarşı 59 məhkəmə iddiası qaldırıb.

“Azəriqaz” vətəndaşlara qarşı qaldırdığı iddia üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində 33 iş, Abşeron Rayon Məhkəməsində 15 iş, Xaçmaz Rayon Məhkəməsində 3 iş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində 2 iş, Sumqayıt Apellyasiya Məhkəməsində 2 iş, Bakı Apellyasiya Məhkəməsində 1 iş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində 1 iş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi 1 iş, Yasamal Rayon Məhkəməsi 1 iş icraata götürülüb. 

İşlərin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır. 

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR