Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir.
Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. İlaxır çərşənbə sayılan Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Çünki bu çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur.
Bakıvaxtı.az xəbər portalının əməkdaşları Torpaq çərşənbəsinin adət-ənənəsinə uyğun olaraq bu dəfə redaksiyaların qapısını döyüb papaq atıblar. Bu zaman kameralarda maraqlı görüntülər qeydə alınıb.
Həmin videomaterialı təqdim edirik:
Ramid İbrahimov
Nuranə Daxilqızı
Rəvan Baxışlı
















