• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Dollar ucuzlaşacaq? - AÇIQLAMA 

GÜNDƏM

16 Mart 2022 | 16:23

Dollar ucuzlaşacaq? - AÇIQLAMA

“Əsas ixrac məhsulumuz olan neftin dünya bazarında bahalaşdığı müşahidə olunur. Əhali indi haqlı olaraq dolların ucuzlaşmasını gözləyir. Çünki müxtəlif illərdə Azərbaycanda dolların kursu həmişə neftin qiymətilə əlaqələndirilib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-alim Nazim Bəydəmirli bildirib.

O qeyd edib ki, neftin qiymətinin bahalaşdığı bu dövrdə iqtisadi nökteyi nəzərdən manat xarici valyutalara münasibətdə möhkələnməliydi: “Amma biz bunu hələ ki görmürük. Bunun əsas səbəbi məzənnənin bazar iqtisadiyyatı ilə deyil, inzibati yolla qiymətinin müəyyənləşməsidir. Odur ki valyuta kursu dəyişmir. Bu isə o deməkdir ki banklar arası valyuta birjası da formal xarakter daşıyır”.

O bildirib ki, manat bahalaşarsa, əhalinin alıcılıq qabiliyyəti artacaq”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026