Bu gün "Azərsu" Açıq Səhmdar Cəmiyyəti 3 tender elan edib.
Bakıvaxtı.az xəbər verir ki, tenderlərin ümumi məbləği 9 milyon ABŞ dollarının manat ekvivalentindən çoxdur.
"Azərsu" elan etdiyi "Ramana qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması" tenderinin qalibinə 3 milyon, "Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması" tenderinin qalibinə 3 milyon, "Qala və Mərdəkan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması" tenderinin qalibinə 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox ödəniş edəcək.
Qeyd edək ki, "Azərsu" bu ilin martın 15-də elan etdiyi 3 tenderin hər birinin qalibinə də 3 milyon manat ödəniş edəcək.
Ramid İbrahimov








jpg-1649857348.webp)







