• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Nəcməddin Sadıkovla bağlı hüquq mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ 

GÜNDƏM

16 Fevral 2022 | 15:46

Nəcməddin Sadıkovla bağlı hüquq mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ

Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla bağlı sensasion məlumatlar yayıb.

Altay Mehdiyev qeyd edib ki, 1994 və 2003-cü illərdə hərbi hissə komandiri  kimi ərazilərimiz işğaldan azad edib.  Amma N.Sadıkov işğaldan azad edilmiş ərazilərdən geri çəkilməyi, təcili olaraq əvvəlki mövqelərə qayıtmağı əmr edib.

Generalın ittihamları ilə bağlı hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Nəcməddin Sadıkovla bağlı ittihamları hüquq mühafizə orqanları araşdırmalıdır.

“Bu ittiham keçmiş müdafiə nazirinin müavini tərəfindən Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi haqqında səsləndirilib. İttihamı səsləndirdən də, barəsində danışılan şəxs də  yüksək vəzifələrdə çalışmış şəxsdir.

Son zamanlar Nəcməddin Sadıkov barəsində mütəmadi olaraq ağır ittihamlar var. Yaxşı olar ki, hüquq mühafizə orqanları bu məsələni araşdırsın. İttihamlar faktdırsa, böyük cinayətdir”, - deyə E.Həsənli bildirib.

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR