• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Prezidentlər işğaldan azad edilmiş ərazilərdə hansı mesajları verdilər? - AÇIQLAMA  

GÜNDƏM

27 Oktyabr 2021 | 11:05

Prezidentlər işğaldan azad edilmiş ərazilərdə hansı mesajları verdilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri Füzuli hava limanının açılışını ediblər, Zəngəzur dəhlizinin təməlini qoyublar. Səfərdə Türkiyə prezidentini qardaş ölkənin Xarici işlər və Müdafiə nazirləri müşayət ediblər. Prezidentlər birgə mətbuat konfransı keçiriblər.

“Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma, Zəngəzur dəhlizinin tərkib hissəsi-avtomobil yolunun təməlqoyma mərasimi xüsusi əhəmiyyət kəsb edir: “Bu, ilk növbədə regionda sülhün bərqərar olmasını istəməyən geosiyasi qüvvələrə, eyni zamanda revanş çağırışları səsləndirənlərə verilmiş siyasi mesajdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, hər iki dövlət başçılarının səsləndirdikləri bəyanatlar, hələ də bölgənin təhlükəsizliyinə təhdidlərin olduğunun sübutudur: “Bu yaxınlarda sərhədlərimizin yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirənlərin, erməni ordusunu yenidən silahdırmaq istəyənlərin, Zəngəzur dəhlizinin açılmasına qətiyyətlə maneçilik törədənlərin, timsalında bunu gördük. Türkiyə kimi güclü orduya, hərbi-sənaye kompleksinə malik təbii müttəfiqin hər zaman yanımızda olması, ölkəmizə yönəlik güclərin balanslaşdırmasına imkan verir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026